Bu gün, may ayının 3-ü şəvval ayının ilk günüdür. Hazırda Azərbaycan məscidlərində bayram namazları qılınır.

Bayram namazlarının dünən, mayın 2-də də qılınmasına baxmayaraq, sözügedən ayin bu gün də bir sıra məscidlərdə icra olunacaq. İnsanlar paytaxtın Xanım Zəhra, Məşədi Dadaş, Qasımbəy Cümə və bir sıra digər məscidlərinə üz tutub.

Məlumata görə, hazırda Məşədi Dadaş məscidi ətrafında nəqliyyat hərəkətində sıxlıq yaranıb. İbadət evinin ətraf küçələrində gedən təmir işləri isə sıxlığı daha da artırıb.

Bundan öncə, QMİ mayın 2-nin şəvval ayının ilk günü olması barədə məlumat yayıb. Bu səbəbdən qeyd olunan tarixdə ölkənin əksər məscidlərində Fitr bayramı namazı qılınıb.