Mədinə şəhərində yerləşən Bəqi qəbiristanlığında Həzrət Ümmül-Bəninin (s.ə) məzarının ətradındakı dəmir maneələr çıxarılıb. Bu barədə shiawaves xəbər verib.

Qəbir ətrafındakı maneələrin yığışdırılması Müqtəda Sədrin son çıxışının tarixinə təsadüf edir. Belə ki, Sədr hərəkatının lideri Səudiyyə Ərəbistanının İmamların (ə.s) hərəmlərinin bərpa etməsinə ümid etdiyini bildirib.

Ümmül-Bəni (s.ə) İmam Əlinin (ə.s) həyat yoldaşı və Əbəlfəzl Abbasın (ə.s) anasıdır.