Bu gün, mayın 2-də Azərbaycanda ramazan ayının 30-cu günüdür.
Ayətullah Xamenei və Ayətullah Sistaninin ofislərindən bildirilib ki, may ayının 3-ü şəvval ayının ilk günü və Fitr bayramıdır.
Bundan öncə, QMİ qeyd edib ki, bayram mayın 2-dir və müvafiq olaraq bayram namazları da bu gün qılınıb. Lakin sabah da səhər saat 9-11 arasında ölkənin müxtəlif məscidlərində bayram namazı qılınacaq. Fitrə zəkatı isə bu gün şam namazından sonra sabah zöhrədək çıxarılmalıdır.