Əziz müsəlman qardaş və bacılar, sizi Fitr bayramı münasibətilə təbrik edirik! Allah tutduğunuz orucları, etdiyiniz duaları və ibadətlərinizi qəbul etsin.

Peyğəmbər (s) buyurmuşdur ki, bu ayın orucunu tutan şəxsin bütün günahları əfv olunar. Belə ki, Ramazan Allahın ayıdır və Hədisi-Qudsidə də Allah buyurub: “Oruc Mənim üçündür və Mən onun əvəzini verərəm” (“Təfsiri-Məraği”, c.2, səh.69).