Mayın 2-si Təzəpir məscidində bayram namazında Şeyxülislam Allahşükür Paşazadəni məscidin imamı Hacı Faiz əvəz edəcək. Bu barədə Modern.az xəbər verib.

Qafqaz Müsəlmanları İdarəsinin verdiyi məlumata görə, Təzəpir məscidinin 3 imamı var. Amma onların içərisində qazı olanı Hacı Faizdir. Bu səbəbdən də pişnamaz Hacı Faiz olacaq.

QMİ sədrinin namazlarda iştirak etməməyinin səbəbi mayın 1-i onun Strasburqa səfər edəcəyidir.