Aprelin 27-si Türkiyədə “Pegasus Airlines”in bir qrup əməkdaşı sosial şəbəkələrə “Qədr gecəsi özəl, Allah qəbul etsin” yazısı altında alkoqol içki ilə şəkil paylaşıb. Bu barədə aprelin 30-u Ölkə.az xəbər verib.

Bu paylaşım sosial şəbəkələrdə geniş yayılıb və ölkədə narazılıqlara səbəb olub. “Pegasus Airlines” məsələ ilə bağlı açıqlama verib: “Bu hadisə şəxsi xarakter daşıyır və şirkətimizin mövqeyi ilə heç bir əlaqəsi yoxdur. Pegasus Hava Yolları olaraq biz bunu tamamilə qəbuledilməz hesab edirik”. Əlavə olaraq şirkət bildirib ki, etika üzrə məsul qurum tərəfindən istisnasız, məclisdə iştirak edən hər əməkdaşla bağlı lazımi tədbirlər görüləcək. Daha sonra isə sözügedən əməkdaşların işdən çixarıldığı məlum olub.

Pegasus Airlines 1990-cı ildə İstanbulda təsis edilib. Hazırda Pegasus Hava Yolları 47 ölkədə 124 istiqamətə müntəzəm uçuşlar həyata keçirir.