Ağa Şeyx Əli Əkbər Şirvani Nəcəfi dövrünün tanınmış alimlərindən olub. O, Əminuşşər (şəriət əmanətdarı) ləqəbi ilə tanınır.
Şirvani ali təhsilini Nəcəf şəhərində alıb. Onun əlyazmalarından biri “Ətəhfətut təamiyyə fi uruqulislamiyyə”-ni qeyd etmək olar. Bu kitab ilk dəfə 1895-ci ildə, ikinci dəfə isə 1922-ci ildə çap olunub.
Ağa Şeyx Əli Əkbər Şirvani Nəcəfinin vəfatı haqqında məlumat yoxdur, yalnız 1895-ci ildə onun sağ olduğu məlum idi.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.