Məscid Bakı şəhərinin Zabrat qəsəbəsinin mərkəzində, Engels küçəsində yerləşir. İbadət evinin inşa tarixi məlum deyil.

İbadətgah qaya üzərində tikilib və yonulmuş sal plitələrdən işlənib. Məscidin bir giriş qapısı və bir neçə pəncərəsi var. İbadət evinin günbəzi dörd tağ üzərində dayanır. Tağların birləşdiyi hissədə dörd küpdən istifadə olunub. Günbəzin diametri 8 metrdir və orada üç gözlük qoyulub.

İbadətgahı vaxtilə Təzə Pir məscidini tikdirən Nabat xanım təmir etdirmişdir. Sovet dövründə məscid anbar kimi istifadə olunub. 1992-ci ildə məscid yerli sakinlərin köməyi ilə bərpa edilmişdir və fəaliyyət göstərməyə başlamışdır.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. https://kataloq.gomap.az