Şeyx Mövla İsmayıl Qarabaği XVIII əsrin alimi və tədqiqatçısı olub. Onun atası Mirzə Məhəmməd Cavad Qarabağın alimlərindən idi.
Şeyx Mövla İsmayıl Fazil Şərəbyani, Fazil İrəvani və Fazil Mamağani kimi məşhur alimlərin elmindən yüksək səviyyədə bəhrələnib.
Alimin elmi əsərlərindən 1878-ci ildə yazdığı “Mişkatul-muslimin” kitabını, həmçinin Peyğəmbəri (s) isbat etmək üçün “Sübuti-Peyğəmbəri (s) Əkrəm” kitabını qeyd etmək olar. “Sübuti-Peyğəmbəri (s) Əkrəm” kitabı onun ustadlarının köməkliyi ilə 1901-ci ildə çap olunub.
Şeyx Mövla İsmayıl Qarabağinin vəfat tarixi haqqında məlumat yoxdur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.