Səudiyyə Ərəbistanı Rusiya müsəlmanları üçün 2022-ci ildə Həcc ziyarətinə ayrılan kvotaların sayını azaldıb, ziyarət qiymətini isə qaldırıb. Bu barədə aprelin 28-i İslamNews xəbər verib.

Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Abbyasov bildirib ki, bu il Rusiya müsəlmanları üçün Həccə təqribən 11 min yer ayrılıb. Ölkənin nəqliyyat və daşınma sahəsində yaranan çətinliklərlə əlaqədar isə səfər qiyməti təxminən 3 min ABŞ dolları təşkil edəcək.

Bu il Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bütün ölkələr üçün Həcc kvotasını 2 milyondan 1 milyona endirib.

Aprelin 25-də QMİ bildirib ki, bu il Azərbaycandan Həccə səfərlər baş tutacaq. Lakin səfər qiyməti və ölkə üçün ayrılan zəvvar sayı hələ ki məlum deyil.