Misirdə, Xan Əl-Xəlili bazarının yaxınlığında, Əl-Hüseyn kimi tanınan ərazidə yerləşən İmam Hüseyn Məscidi bərpa olunub. Bu barədə aprelin 28-i Shiawaves xəbər verib.
İbadət evi martın 12-dən təmir işləri üçün bağlanıb. Plana görə, bərpa işləri ramazan ayında sona çatmalı idi. Bu səbədən də təmir sürətlə aparılıb.
Məscid 1154-cü ildə vəzir Əl-Salih Təlainin nəzarəti ilə inşa olunub.