İngiltərənin “Liverpool” futbol klubunun məşqçisi oruc tutan oyunçulara görə məşq saatlarını dəyişib. Bu barədə aprelin 28-də islamnews xəbər verib.

Klubun seneqallı müsəlman oyunçusu Sadio Mane bildirib ki, “Liverpool” rəhbərliyi oruc tutan futbolçuların yorulmamasına görə məşq vaxtını günortadan səhərə keçirib.

“Bizim üçün daha asandır. Səhər məşq etməklə, dincəlməyə və evə getməyə vaxtımız olacaq. Günorta saat 2-3-də məşq etmək isə çətidir”, – deyə Mane əlavə edib.

“Liverpool”da Sadio Manedən başqa Mohamed Salah, İbrahima Konate və Naby Keyta kimi müsəlman futbolçular var. Aprelin 27-si “Villarreal”la oyunda iftar vaxtı birinci hissəyə təsadüf edib. Salah və Konate start heyətində oynadıqları üçün yalnız fasilə zamanı iftar edə biliblər.