Son günlər sosial şəbəkələrdə Xırdalanda yerləşən AAAF Park yaşayış massivindəki məscid müzakirə obyektinə çevrilib. Buna səbəb isə məscidin restorana çevrilməsidir.
Bir vaxtlar məscid binası sözügedən ərazinin sakinləri tərəfindən ibadət ocağı kimi istifadə olunub. Lakin yayılan məlumata əsasən, artıq ibadət evinin yerində “Xan Sarayı” adlı restoran fəaliyyət göstərir. Bildirilib ki, məscid rəsmi dövlət qeydiyyatına alınmadığı üçün onun ibadət evi kimi qorunub saxlanılmasında çətinlik yaranıb.
AAAF Park Yaşayış Kompleksinin inşasına 2012-ci ildə “AAAF İnşaat” MMC tərəfindən başlanılmışdır. Burada marketlər, restoranlar, idman zalı, bərbərxana və bir sıra obyektlər xidmət göstərir. Burada inşa edilən məscid də uzun müddət insanların ibadət yeri kimi istifadə edilib.