Bu ilin Ümrə mövsümü sona çatır. Bu barədə aprelin 27-də shiawaves xəbər verib.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə nazirliyi bildirib ki, şəvval ayının 30-da 1443-cü il (2021-2022) üçün xarici zəvvarların Ümrə mövsümü bitəcək. Məlumata görə, Ümrə vizası üçün son müraciət tarixi şəvvalın 15-dir (17 aprel).

Bu ilin ramazan ayında Ümrə ziyarətinə təqribən 2,8 milyon zəvvar yollanıb. Onların əksəriyyəti, yəni 1,4 milyonu Kəbəni ramazanın ikinci həftəsində ziyarət edib.