Bu gün, aprelin 28-də Sirat.az müsabiqə elan edib. Qalibə Məşhəd ziyarəti hədiyyə olunacaq.

Müsabiqə saytın instagramfacebook hesablarında keçirilir. Qalibi izləyicilər özləri müəyyən edəcək. Belə ki, şərhlər bölməsində iştirakçılar öz hekayəsini və ya İmamı (ə.s) nə üçün ziyarət etmək arzusunda olduğunu qeyd etməlidir. Ən çox bəyənilən (like toplayan) şərhin sahibi qalib gələcək. “Fake” profillərin topladığı nəticə hesab edilməyəcək.

Yarışma 3 may saat 12:00-da bitəcək. Daha sonra qısa zaman ərzində qalibin adı elan olunacaq. Qalib iki nəfər olacaq. Onlardan biri facebook, digəri isə instagram-dan məlum olacaq.

Hər kəsə uğurlar!