Ayətullah Hacı Şeyx Əbdül Əziz Müctəhid Lənkərani Şirvanda anadan olub. O, öz dövrünün alimi və fəqihi idi.
Lənkərani dini elmlərin müqəddimatını öz atasından və başqa alimlərdən öyrəndikdən sonra ali təhsil almaq üçün Nəcəfə köçür. Orada alimlərdən o cümlədən, müsəlmanların mərcəyi-təqlidlərindən hesab olunan və “Cavahirul-kəlam” kitabının müəllifi Şeyx Məhəmməd Həsən Nəcəfidən üsul və fiqh elmlərini öyrənməyə başlayır. Beləliklə o, ictihad məqamına çatır.
Hacı Şeyx Əbdül Şirvan mahalına qayıtdıqdan sonra atası ilə birgə rus ordusuna qarşı mübarizə aparır. Ailənin böyük oğlu olduğu üçün atası onu öz yerinə canişin qoymuşdur. Şeyx Əbdül Əziz atasının ölümündən sonra bir müddət rus ordusuna qarşı mübarizəni davam etdirir.
Amma sonralar şəraitin dəyişməsi və quvvələrinin azalması ilə əlaqədər, məcburiyyət qarşısında, əvvəlcə Məşhədə, sonra isə Şiraza gedir.
Ayətullah Hacı Şeyx Əbdül Əziz Müctəhid Lənkəraninin vəfat tarixi haqqında dəqiq məlumat yoxdur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyada tanınmış Azərbaycanlı müctəhidlər, Ayətullahlar. Bakı-2007.