Ramazan ayı ilə bağlı İçərişəhərin müqəddəs məkanları üzrə tur təşkil edilir. Tur 17:00-dan 19:00-dək keçirilir və onun qiyməti 15 AZN-dir.

Tur zamanı İçərişəhərin 23 qədim müqəddəs abidəsii ziyarət olunacaq və abidələr haqqında məlumat veriləcək. Abidələrin sırasında Məhəmməd məscidi, Şirvanşahlar saray məscidi, Keyqubad məscidinin qalıqları, Təkyə, Cümə, Bəylər məscidləri var. Həmçinin məsciddə namaz qılmaq, turun sonunda isə əlavə ödənişlə XV əsrin Karvansarasında iftar etmək mümkün olacaq.

Biletləri iticket.az saytından əldə etmək mümkündür. Hazırda saytda 27-30 aprel tarixinədək biletlər mövcuddur.