Caviar” lüks smartfon brendi səmavi dinlər dizaynında yeni İphone 13 Pro və Pro Max kolleksiyalarını satışa buraxıb. İslami ornamentlərlə bəzədilmiş modelin adı “Shahada”, yəni “Şəhadət”dir.

Məlumata görə, telefonun korpusu ikiqat qızıl örtükdən ibarətdir. Bundan əlavə, korpus Məkkə və Mədinə məscidlərinin bəzədilməsi üçün istifadə edilən ənənəvi “islimi” və “girih” naxışları ilə bəzədilib. İslam simvolu olan ulduz və aypara isə 24 karatlıq qızılla üzlənib.

Sözügedən modeldən ümumi olaraq 99 nüsxə hazırlanıb. Smartfonun ən ucuz qiymətə olan versiyası 5 570 ABŞ dollarıdır. Bu qiymət yaddaş fərqinə görə dəyişir. Bundan əlavə, şirkət xristian və yəhudilər üçün də uyğun dizayn hazırlayıb.

“Caviar” lüks materiallardan əl işi ilə hazırlanmış eksklüziv dizayner smartfon və aksesuarlarının beynəlxalq brendidir. Şirkət ilk smartfonunu 14 noyabr 2011-ci ildə nümayiş etdirib.