Aprelin 26-da Mədəniyyət naziri Anar Kərimov Naxçıvan məscidlərini ziyarət edib. Dövlət rəsmisi ibadət evlərinin vəziyyəti ilə tanış olub. Bu barədə nazirliyin mətbuat xidməti məlumat verib.

Naxçıvana səfər çərçivəsində Anar Kərimov Ordubad Cümə məscidində olub. Nazirə məsciddə aparılan bərpa işləri haqda məlumat verilib. Bildirilib ki, inşa tarixi XVII əsrə aid olan ibadətgahın təmir işlərində onun memarlıq quruluşu dəyişdirilməyib. Əksinə, bərpa zamanı milli memarlıq elementlərindən istifadə olunur.

Bundan əlavə, nazir Ordubad şəhərinin əsas məscidlərindən biri olan Sərşəhər məscidinə də baş çəkib.

2020-ci ilin 23 aprel tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığına əsasən, Ordubad şəhər Cümə məscidində bərpa işlərinə başlanılıb.