Ayətullah əl-Üzma Seyyid Əli Sistani İraq üçün Fitr bayramının mayın 3-nə təsadüf etdiyini ehtimal edib. Bu barədə müctəhidin dəftərxanasından məlumat verilib.

“Ali mərceinin ofisi Əli əs-Sistani gələn çərşənbə axşamının Fitr bayramının ilk günü olacağını gözləyir”, – deyə məlumatda qeyd olunub.

Beləliklə, alimin nəzərinə əsasən, ramazan ayının aprelin 3-dən mayın 3-dək davam edəcəyi gözlənilir. Alimin rəsmi saytında yerləşdirilən təqvimdə də, mayın 2-si ramazan ayının son günü olaraq göstərilib.