Ayətullah Hacı Seyyid Rza 1835-ci ildə Lənkəranda anadan olub. Onun atası Ayətullah Seyyid Məhəmməd Nəcəf şəhərində elm ocağının məşhur alimlərindən biri idi.

Hacı Seyyid Rza ilk təhsilini Lənkəranda alıb, sonra isə Nəcəf şəhərindəki alimlərdən üsul və fiqh dərslərini alaraq, yüksək elmi məqama çatıb. Lənkəraninin əlyazmaları sırasında “Şeyx Ənsarinin “Pəsail” kitabına şəhr” və “Şeyx Ənsarinin “Məkasib” və “Rəsail” kitablarına haşiyə” bu günədək çatıb.

Alim 1904-cü ildə Aşura günündə Nəcəfdə vəfat edib və onu Həzrət Əlinin (ə.s) hərəminin otaqlarından birində dəfn ediblər.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.