Şeyx Mövla Həsən İrəvani öz zəmanəsinin alimi və fəqihlərindən biri kimi Nəcəfi-Əşrəf alimləri arasında yüksək ehtiram və etimada malik idi. Onun doğum tarixi və ibtidai təhsili haqqında məlumat yoxdur.

Ayətullah Şeyx Məhəmməd Həsən Nəcəfinin üsul və fiqh dərslərində iştirak edib. Mərhum Ağa Bozorg Tehraninin yazdığına görə: “O, qiymətli kitablarının bir hissəsini tələbələr istifadə etsin deyə vəqf etmişdir. Öz əşyalarını həmişə başqalarına hədiyyə edirdi”.

Alimin vəfat tarixi haqqında məlumat yoxdur. Yalnız təxminən 1864-cü ildə həyatda olduğu məlumdur.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.