Ramazan ayının ilk 20 günündə Məkkə Məscidül-həramında 3 milyondan çox iftar dəsti paylanıb. Bu barədə GulfNews xəbər verib.

Əl-Haram məscidində hər gün 150 minə yaxın iftar porsları paylanır. Süfrələr 67-yə yaxın xeyriyyə təşkilatları tərəfindən maliyyələşdirilir.

İki Müqəddəs Məscidin sözçüsünün sözlərinə görə, xeyriyyə təşkilatlarından qoyulan masaların sayı 10 000-ə çatır, hər birinin uzunluğu 12 metrdir.

Mübarək ramazan ayında bir çox məscidlər və hərəmlər oruc tutanlar üçün iftar süfrələri açır. Məşhəd şəhərində yerləşən İmam Rza (ə.s) hərəmində gündəlik 70 mindən çox insana iftar verilir.