Azərbaycanda Ramazanın bayram namazları ənənəvi qaydada qılınacaq. Bu barədə QMİ-nin sədr müavini Fuad Nurullayev məlumat verib.

Martın 6-dan Azərbaycanda məscidlərdə ziyarətçi sayı məhdudiyyəti ləğv olunub. Bundan əlavə, camaat namazlarında insanlar arasında sosial məsafə tələbi də yığışdırılıb. Bu səbəbdən bayram namazlarında da bənzər məhdudiyyətlər tətbiq olunmayıb.

QMİ bildirib ki, bu il ölkədə bayram namazı mayın 2-də qılınacaq. Bundan əlavə, QMİ-nin nəzərinə görə, bu il Azərbaycanda ramazan ayı aprelin 2-si, İslam alimləri və müctəhidlərin nəzərinə görə isə aprelin 3-də daxil olub.