Əfqanıstanda Fitr bayramı keçirilməyəcək. Buna səbəb isə Taliban hökümətinin xalqı daha bir ay oruc tutmağa çağırış etməsidir. Bu barədə aprelin 26-da shia-news xəbər verib.

“Talibanın xalqı xilas etdiyinə görə, siz insanlar daha bir ay oruc tutmalısınız, ona görə də ramazan ayının sonunda Fitr bayramı keçirilməyəcək”, – deyə Taliban lideri bildirib. Məlumata görə, iki ay oruc tutmaq yeni hökümətə deyil, yalnız xalqa aiddir.

Fitr bayramı may ayının 2-3-nə təsadüf edir. Bayramın dəqiq tarixi şəvval hilalının görüldüyündən sonra məlum olacaq.