Allahşükür Paşazadə İsveçdə Quranın yandırılmasını pisləyib. Bu barədə aprelin 25-də QMİ xəbər verib.

Ötən axşam QMİ rəsmisi dini konfessiya rəhbərləri üçün iftar süfrəsi təşkil edib. O, mərasimdə çıxış edərək İsveç və Danimarkada müqəddəs kitaba edilən hörmətsizliyi tənqid edib. A.Paşazadə bunun məhz ramazan ayında baş verməsini pisləyib.

Aprelin 17-də danimarkalı siyasətçi və hüquqşünas Rasmus Palu İsveçdə təşkil etdiyi aksiyada Quranı yandırıb. Onun bu hərəkəti bütün dünya müsəlmanlarının etirazına səbəb olub.