Bu il Azərbaycandan Həcc ziyarətinə səfərlər baş tutacaq. Bu barədə aprelin 25-də Lent.az-a QMİ-nin xarici əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, ziyarətin baş tutacağı haqda məlumat artıq dəqiqdir. Lakin səfər qiyməti və ölkə üçün ayrılan zəvvar sayı hələ ki məlum deyil.

COVID-19 pandemiyası səbəbindən son 2 ildə dünyada Həcc ziyarətləri təşkil olunmurdu.