Aprelin 24-dən 25-ə keçən gecə Azərbaycanda bu ilin ramazan ayının sonuncu Qədr gecəsi keçirilib. Yüzlərlə insan paytaxt məscidlərinə axın edib.
Saat 22:00 Məşədi Dadaş məscidində ilahiyyatçı Hacı Şahin xütbə ilə çıxış edib. Sonra ziyarətçilərlə birlikdə dualar oxunub və gecənin əməlləri görülüb. Saat 02:00-da isə məddah Teymur Şirvanlı Cövşən-Kəbir duasını tilavət edib. Tədbir canlı olaraq sosial şəbəkələrdə yayımlanıb.
Günəşlidəki Xanım Zəhra (s.ə) məscidində də, həmçinin gecənin əməlləri görülüb və dualar oxunub. Eyni zamanda müqəddəs gecə Yasamal rayonundakı Xanım Zəhra (s.ə) məscidində də qeyd olunub. Axund Hacı İlqarın rəhbərliyi ilə başa Quran qoyulma mərasimi keçirilib, daha sonra isə Cövşən-Kəbir oxunub. Sübh namazına təqribən bir saat qalmış isə imsak süfrəsi açılıb.
Məclislər demək olar ki, ökənin əksər məscidlərində təşkil olunub. Belə ki, üçüncü Qədr gecəsi böyük əhəmiyyətə məlikdir. Belə ki, sözügedən gecə Qədrin olmasının ən çox ehtimal olunan gecəsidir.