Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb. Bu barədə aprelin 25-dən teleqraf xəbər verib.

QMİ rəsmisi Ağasəid Yaqubovun sözlərinə görə, ölkədə bayram namazı mayın 2-də qılınacaq. Bildirilib ki, namaz səhər saat 08:00-da Göy məsciddə, 09:00-da isə Təzə Pir, Heydər və Bibi Heybət məscidlərində qılınacaq.

Fitr bayramı şəvval ayının hilalı müşahidə olunduqdan sonra qeyd olunur. Bayram günü oruc tutmaq olmaz. Lakin oruc niyyəti tutmadan bayram namazınadək orucu batil edən əməllərdən çəkinmək tövsiyə edilir. Həmçinin fitrə pulunu namazadək vermək yaxşıdır.

QMİ-nin nəzərinə görə, bu il Azərbaycanda ramazan ayı aprelin 2-si, İslam alimləri və müctəhidlərin nəzərinə görə isə aprelin 3-də daxil olub.