Ayətullah Hacı Şeyx Əli Əsgər İrəvani dövrünün alimi və fəqihi olub. O, İran və İraqda “irəvanilərin” başçısı hesab olunub.

Şeyx Əli Əsgər gənclik illərində müqəddimə elmlərini öyrəndikdən sonra 1827-ci ildə İran-rus müharibəsində iştirak edib. Müharibədən sonra o, Qəzvinə köçüb, burada “Salehiyyə” mədrəsəsində sakin olub. Şeyx Qəzvində müxtəlif elmləri, o cümlədən, üsul və fiqh elmlərini şəhərin məşhur alimlərindən öyrənib. Onların sırasında Ayətullah Mövla Məhəmməd Saleh, Burçəli Qəzvini kimi alimlərin adlarını qeyd etmək olar.

Yüksək elmi dərəcəyə malik olan İrəvani əqli elmləri, xüsusilə də fəlsəfə və hikməti məşhur filosof Mövla Həkmi Qəzvinidən öyrənir. Bundan sonra o, Kərbəlaya köçür və orada dərs deyir.

Şeyx Əli Əsgər 1891-ci ildə həcc əməllərini yerinə yetirib, Mədinə şəhərində vəfat edib və “Bəqi” qəbiristanlığında dəfn olunub.

Mənbə:

  1. Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.