Bu axşam, aprelin 24-dən 25-nə keçən gecə ramazan ayının üçüncü Qədr gecəsidir. Bu gecə insanın növbəti Qədrədək müqəddəratı təyin olunur.

“Ləylətul-Qədr” ərəb dilindən tərcümədə “müqəddərat gecəsi” anlamına gəlir. Belə ki, keçmişdə edilən günahlar gələcəkdə bir iz buraxır. Qədr gecəsi isə insanlara həmin günahların pis nəticəsindən azad olmağa və bununla da öz müqəddəratlarını xeyrə dəyişməyə fürsət yaradır.

Rəvayətlərə əsasən, Quran 23 il ərzində hissə-hissə, Qədr gecəsi isə bütövlüklə nazil olmuşdur. Bu səbəbdən ramazan ayında çoxlu Quran oxumaq bəyənilir. Bu gecə sübhədək oyaq qalmaq, zikr və münacat etmək bəyənilir. Peyğəmbər (s) buyurub: “Hər kim Qədr gecəsində ehya etsə (oyaq qalsa), növbəti ilə kimi əzab ondan götürülər”.

Aprelin 3-də Azərbaycanda ramazan ayı başlayıb. Bu ay insanların bağışlanma və Allahın rəhmət ayıdır. Ramazanın bir gecəsi var ki, həmin gecə cənnət qapıları insanların üzünə açılar. Bu Qədr gecəsidir. Onun məhz nə vaxt olduğunu dəqiq bilinməsə də ehtimal edilir ki, Qədr ramazanın son 10 gecələrindən biridir. İmamətdən nəql olunan hədislərə əsasən isə, bu ramazanın 19, 21 və ya 23-cü gecəsidir.

Qədr gecəsinin əməlləri