Şeyx Məhəmməd Abbas Şirvani Hindi 1826-cı ildə Hindistanın Ləkino əyalətində anadan olub. O, dövrünün alimi olub.
Onun atası Mirzə Məhəmməd Abbas və qardaşı Mirzə Əhməd də zamanəsinin alimi olub. Məhəmməd Abbas Şirvandan Hindistanın Ləkino əyalətində köçüb. Burada Şeyx Məhəmməd Abbas elm öyrənmək üçün Hindistanın bir çox şəhərlərinə səfər edir.
Şeyx Məhəmməd Abbas farsca bir çox şeirlər yazıb. Onun yazdığı kitablardan “Asərül-Əcəm”, “Tarixi-çahar çəmən dər tarixi-dokkan”, “Tarixi-əfaçine”, “Tarixül-iqbal dər tarixi bəhsi əyal”, “Gillətül-çəvahir fi tarixi-Bəvahir”, “Tarixi-İsmailiyyə”, “Sultan Nami Kerami”, “Tarixi-Ərandib” kimi əsərlərini qeyd etmək.
Şeyx Məhəmməd Abbas Şirvani Hindinin vəfat tarixi haqqında məlumat yoxdur. Lakin 1892-ci ildə sağ olduğu məlumdur.
Mənbələr:
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri. Qum-2000.
- Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.