Ər-Riyadda Quranın nadir nüsxələrinin sərgisi baş tutub. Bu barədə aprelin 22-də az.shafaqna.com xəbər verib.

Sərgidə 20 muzeydən gətirilmiş 267 Quran nüsxəsi nümayiş etdirilib. Eksponatların əksəriyyətinin X-XIII əsrə aid olduğu bildirilib. Onların bəziləri hətta qızıl ilə işlənib. Bundan əlavə, tədbirdə İslam irsinə aid qəpik və xəttatlıq nümunələri də sərgilənib.

Kolleksiyada, həmçinin hicrətin 1025-ci ilinə aid Quranın kitabı nümayiş etdirilib. Məlumata görə, sözügedən nüsxə bilavasitə Kəbənin yanında hazırlanıb.

Ötən ilin oktyabr ayında Dubayda keçirilən EXPO-2020 sərgisində dünyanın ən böyük Quran nüsxəsi nümayiş etdirilib. Kitabın bir səhifəsinin uzunluğu 2,6 metr, eni isə 2 metr təşkil edir. Hər səhifədə 150 söz var. Hazırkı nüsxənin ümumi olaraq 550 səhifədən ibarət olacağı qeyd olunub.