Əfqanıstanın Məzari-Şərif şəhərindəki məsciddə baş verən partlayışda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə aprelin 22-də “Ariana News” xəbər verib.

Məlumata görə, sözügedən şəxs İŞİD-in əsas üzvü Həmid Sanqaraydır. O, Bəlx vilayətində keçirilən xüsusi əməliyyat zamanı tutulub.

Aprelin 21-də Əfqanıstanın Bəlx əyalətinin Məzari-Şərif şəhərində məsciddə partlayış törədilib. Hadisə nəticəsində 33 nəfər dünyasını dəyişib, 43 nəfər isə yaralanıb. Partlayışın məsuliyyətini İŞİD öz üzərinə götürüb.