Məşədi Dadaş məscidində Pasxa bayramı ilə əlaqədar xristian ailələrə yardım aksiyası keçirilib. Bu barədə məscidin axundu Hacı Şahin öz hesabında paylaşım edib.

Aksiya çərçivəsində aztəminatlı ailələrə ərzaq payları təqdim olunub.

Bundan öncə, aprelin 10 və 18-də Məşədi Dadaş məscidi Ramazan ilə əlaqədar ehtiyaclı ailələrə ərzaq yardımı edib.

Pasxa bayramı aprel ayının 24-nə təsadüf edir.