Höccətul-İslam Möhsün Pakdaman xəstəxanadan buraxılaraq evinə göndərilib. Bu barədə aprelin 22-də İmam Rza (ə.s) hərəminin mətbuat xidməti məlumat yayıb.

Tələbənin sağ qolu zədəli olaraq qalmaqdadır. Lakin səhətinin normallaşmasına görə Möhsün Pakdaman müalicəsini evdə davam etdirəcək.

Aprelin 5-də İmam Rza (ə.s) hərəmində 3 ruhaniyə silahlı hücum olunub. Onlara bıçaqla xəsarətlər yetirilib. Höccətul-İslam Məhəmməd Aslani yerindəcə dünyasını dəyişib. Qalan 2 yaralı xəstəxanaya yerləşdirilib. Lakin iki gün sonra vəziyyəti ağır olan Sadiq Dərayi xəstəxanada dünyasını dəyişib.