Ötən gecə Cəmkəran məscidində ikinci Qədr gecəsi keçirilib. Eyni zamanda minlərlə insanın iştirakı ilə Həzrət Əlinin (ə.s) şəhadəti anılıb. Bu barədə aprelin 23-də news.jamkaran.ir xəbər verib.

Məclis Ayətullah Seyyid Məhəmməd Mirbaqirinin Quran tilavəti ilə və Cövşən-Kəbir duasının oxunması ilə baş tutub. Sonda Hacı Həsən Şalbafan gecəyə aid mədhiyyələrlə çıxış edib.

Aprelin 3-dən müqəddəs ramazan ayı daxil olub. Qədr gecələrinin artıq ikisi keçirilib. Sabah, aprelin 24-də isə ən çox ehtimal olunan, üçüncü Qədr gecəsidir.

Rəvayətlərə görə, Qədr gecəsində mələklər İmam Zamanın (ə.f) hüzura gələrək il ərzində ümmətin əməllərini ona təqdim edir. Həmçinin Cəmkəran məscidi Həzrətin (ə.f) ən çox olduğu ehtimal olunan məkandır.