Aprelin 22-də Ayətullah əl-Üzma Seyyid Əli Sistani Əfqanıstanda törədilən partlayışla əlaqədar bəyanat yayıb. Bu barədə najaf.org xəbər verib.

Bəyanatda deyilir:

“Allahın salamı, rəhməti və bərəkəti olsun!

İŞİD terror təşkilatı növbəti dəfə dəhşətli cinayət törətmiş və (Seh şəhərinin Dokan məscidində) günahsız dindarları hədəfə almışdır. Məzari-Şərifdə bir çoxunun qanını tökdü. Bu cinayətin qurbanlarının ailələrinə dərin hüznlə başsağlığımızı bildirir, Uca Allahdan onlara səbr və təsəlli, xəsarət alanlara isə şəfalar diləyirik. Sevimli Əfqanıstanımızdakı mövcud vəziyyəti nəzərə alaraq, biz bütün sadiq bacı-qardaşlarımızı hər zamankindən daha diqqətli olmağa və bu ağrılı faciələrin təkrarlanmaması üçün insanların görüşlərinin təhlükəsizliyinin təmin edilməsində məsul şəxslərlə əməkdaşlıq etməyə əmin edirik. Uca Allahdan əfqan xalqının şərəf və ləyaqətini qorumasını diləyirik”.

Aprelin 21-də Əfqanıstanın üç bölqəsində partlayışlar törədilib. Hadisələrin biri Bəlx vilayətində, Məzari-Şərifdəki məsciddə baş verib. Aprelin 22-də isə Əfqanıstanın Kunduz əyalətində İmam Sahib məscidində partlayış baş verib. Partlayış nəticəsində 30-dan çox insan dünyasını dəyişib və yaralanıb.