Zaqatala rayonunda məscidin nəzir qutusu qarət olunub. Bu barədə aprelin 22-də Report xəbər verib.

Məlumata görə, ibadət evinin nəzir qutusundan 300 manat məbləğində ianə oğurlanıb. Hadisə ilə bağlı Zaqatala Rayon Polis Şöbəsinə müraciət olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qandax kənd sakini Anar Osmanov saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Ötən ilin dekabr ayında Masallının Boradigah kənd məscidində oğurluq hadisəsi baş verib. Məsciddən 1 ədəd işıq plafonu, 1 ədəd elektron saat, 3 ədəd fləşkart, 1 ədəd açar dəsti və 1 ədəd mikrofon oğurlanıb.