QMİ elan etdiyi “Ramazan təqvimi”nə riayət olunmasına nəzarət məqsədilə Dövlət Komitəsi ölkənin şəhər və rayonlarındakı dini məkanlarda, televiziya kanallarında, radio və internetdə monitorinq keçirir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib ki, monitorinq nəticəsində hələ ki heç bir ciddi qanun pozuntusu aşkar olunmayıb.