Aprelin 22-də Əfqanıstanın Kunduz əyalətində İmam Sahib məscidində partlayış baş verib. Partlayış nəticəsində 30-dan çox insan dünyasını dəyişib və yaralanıb. Bu barədə Report xəbər verib.

Daha öncə də, aprelin 21-də Əfqanıstanın üç bölqəsində partlayışlar törədilib. Hadisələrin biri Bəlx vilayətində, Məzari-Şərifdəki məsciddə baş verib. Nəticədə azı 5 nəfər dünyasını dəyişib, 65 nəfərin isə yaralanıb.