Əfqanıstanda törədilən partlayışların məsuliyyətini İŞİD öz üzərinə götürüb. Bu barədə aprelin 21-də BBC xəbər verib.

Məlumata görə, Talibat hakimiyyətə gələrək İŞİD-i məğlub etdiklərini desələr də, bu qruplaşma hələ də ölkənin təhlükəsizliyinə ciddi təhlükə yaradır.

Aprelin 21-də Əfqanıstanın üç bölqəsində partlayışlar törədilib. Hadisələrin biri Bəlx vilayətində, Məzari-Şərifdəki məsciddə baş verib. Nəticədə azı 5 nəfər dünyasını dəyişib, 65 nəfərin isə yaralanıb.