Görkəmli alim və fəqihlərdən olan Seyyid Abbas Yəhya oğlu Hüseyni Musəvi 1737-ci ildə Salyan şəhərinin Sadat kəndində anadan olub.

Seyyid Abbas ibtidai dini təhsilini Salyanda alır, ali təhsilini harada başa vurması haqda isə dəqiq məlumat yoxdur. Ehtimal edilir ki, o, ali təhsilini Nəcəfi-Əşrəfdə alıb. Seyyid Abbas Salyanın görkəmli din xadimlərindən və böyük alimlərindən biri olub. İslam dini hökmlərinin təbliğində və xalqı düzgün yola dəvət etməkdə çoxlu xidmətləri var idi.

Alimin vəfat tarixi haqqında dəqiq məlumat yoxdur. Lakin 1794-cü ilə qədər sağ olması haqda məlumat mövcuddur.

Mənbələr:

  1. Faiq Vəlioğlu. Azərbaycanın islam alimləri. Qum-2000.
  2. Yaqub Abbasov. İslam alimləri. Dünyaca tanınmış Azərbaycanlı müctəhidlər, ayətullahlar XVI-XX əsrlər. Bakı-2007.