Səudiyyə Ərəbistanı Qadınların təkbaşına Həcc və Ümrə ziyarətinə olan qadağanı aradan qaldırıb. Bu barədə Shiawaves xəbər verib.

Həcc və Ümrə Nazirliyinin sözçüsü Hişam bin Səid bildirib ki, qadın yanında kişi qohumunun iştirakı olmadan viza alıb, Ümrə ziyarətini yerinə yetirə bilər.

Daha öncə, yaşı 45-dən aşağı olan qadınların Ümrəni yerinə yetirmək üçün yanında məhrəmi (ata, qayınata, oğul, qardaş, əmi və dayı) olmalı idi.