Məscid Bakı şəhərinin Mərdəkan qəsəbəsində yerləşir. İbadət evi XV əsrdə inşa edilib. Abidə Şırvanşahlar dövründə memar Məhəmməd ibn Əbu-Bəkr tərəfindən tikilib.

İbadət evi yonulmuş sal daşlardan inşa edilib. Məscidin bir günbəzi var. Günbəz dörd tağ üzərində dayanıb.

İbadətgahın daxilində köməkçi otaqlar yerləşir. İbadət evinin divarlarının çöl hissəsində, üzərində ərəb və fars əlifbası ilə yazılmış kitabələr mövcuddur. Giriş qapısının üstündə isə “Ya Əli” yazısı həkk olunub.

Mərdəkan qəsəbəsi Tuba Şah məscidi ölkə əhəmiyyətli abidə hesab edilir.

Mənbələr:

  1. Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası. Bakı-2001.
  2. http://www.mct.gov.az