İmam Əli (ə.s) “Kimin bədbəxtliyi daha çoxdur?” sualına cavabından: “Dünyanı dünyaya xatir tərk edən və buna görə dünyanı da əldən verən, axirətinə də ziyan vuran kişi. Bir də özünü göstərmək üçün ibadət edən, çalışan və oruc tutan kişi. Dünyanın xətrinə dünya ləzzətlərindən məhrum olub və özünə əziyyət vermiş bu şəxs, əgər bunları Allaha xatir etsəydi, Allahın mükafatına layiq olardı”.
(Tənbihul-Xəvatir, c.2, səh.95)