Aprelin 20-də Türk Hava Yolları (THY) Gəncədə iftar süfrəsi təşkil edib. Bu barədə visiontv.az xəbər verib.

İftarda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Zeki Öztürk və millət vəkilləri iştirak ediblər. Tədbirdə üç nəfərə uçuş biletləri təqdim olunub.

Bundan əlavə, Gəncədə TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) tərəfindən yardım aksiyası keçirilib. Ramazan ayı ilə əlaqədar qurum Gəncədə yaşayan 250 şəhid, qazi və aztəminatlı ailələrə yardım paketləri təqdim edib.

Türk Hava Yolları artıq üçüncü ildir, Gəncədə iftar süfrəsi təşkil edir. Bu ilki iftar süfrəsi isə THY-nin Azərbaycanda etdiyi ilk uçuşunun 10-cu ilinə təsadüf edib.