Sosial şəbəkələrdə aprelin 20-si Maştağa qəsəbəsində Qədr gecəsi zamanı insanların məsciddən çıxarılması videosu yayılıb. Bildirilib ki, polislər ziyarətçilərin ibadətgaha daxil olmasına mane olub.

Hadisə Maştağanın Hacı Aslan məscidində baş verib. Ziyarətçilərdən birinin sözlərinə görə, polislər Qədr gecəsi məclisinin olmayacağını və keçirilməsinin də qadağan olunduğunu deyib. Belə bir məhdudiyyətin səbəbi isə izah olunmayıb.

Dünən, aprelin 21-də Azərbaycanda birinci Qədr gecəsi idi. Bununla əlaqədar ölkə məscidlərinin əksəriyyətində əhya gecəsi məclisləri baş tutub.

21 aprel 19:25

DİN Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovun sözlərinə görə, məsciddə məclisin keçirilməsinə heç bir müdaxilə edilməyib. Bu barədə aprelin 21-də Oxu.az xəbər verib.

“Səsləndirilən fikirlər tamamilə əsassız. Maştağa qəsəbəsindəki məsciddə baş tutan Qədr gecəsi mərasimi polisin müdaxiləsi olmadan tam təhlükəsiz şəraitdə keçirilib və hər hansı bir xoşagəlməz hal qeydə alınmayıb”, – deyə Qafarov əlavə edib.