Yaxın zamanlarda Ağdamın Cümə və Qiyaslı məscidləri bərpa olunacaq. Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli bildirib.

Həmçinin bildirilir ki, Aşağı və Yuxarı Gövhər Ağa, Saatlı məscidlərinin bərpası işləri davam etdirilir. Azad olunmuş ərazilərdə yerləşən digər dünya əhəmiyyətli abidələrin UNESCO-nun müvafiq siyahılarına salınması üçün səylər göstərilir.