Bu gün, aprelin 21-də Əfqanıstanın şiə vilayətlərində partlayışlar törədilib. Nəticədə azı 5 nəfər dünyasını dəyişib, 65 nəfərin isə yaralandığı bildirilib. Bu barədə eadaily.com xəbər yayıb.
Birinci partlayış Kabulda baş verib. Nəticədə 2 azyaşlı yüngül xəsarətlər alıb. İkinci hadisə Bəlx vilayətində, Məzari-Şərifdəki məsciddə baş verib. 5 nəfər dünyasını dəyişib, 65 nəfərin isə yaralandığı bildirilib. Üçüncü partlayış isə Künduzda baş verib. Orada 4 nəfərin dünyasını dəyişdiyi qeyd olunub.
Hələlik heç bir terror qrupu, o cümlədən İŞİD hücumlara görə məsuliyyəti üzərinə götürməyib.
Əfqanların inancına görə, İmam Əlinin (ə.s) məzarı məhz Məzari-Şərifdə yerləşir.